Kalaşnikov: “Qarabağla bağlı bəyanatı heç kim dəyişdirə bilməz”

Kalaşnikov: “Qarabağla bağlı bəyanatı heç kim dəyişdirə bilməz”

Hazırda oxunan: Kalaşnikov: “Qarabağla bağlı bəyanatı heç kim dəyişdirə bilməz”

3029

“Vladimir Putinin sonuncu müsahibəsini izlədim. Putin bu müsahibədə əsasən üçtərəfli sazişin Ermənistanda qəbul edilməsinə çox diqqət yetirdi".

"Fikir verin, Rusiya prezidenti çıxışında Azərbaycanın mövqeyi, prezident İlham Əliyevin mövqeyi barədə necə hörmətlə danışırdı”

Bizim.Media xəbər verir ki, bu fikirləri APA-ya müsahibəsində Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş üzrə Komitəsinin sədri Leonid Kalaşnikov səsləndirib.

O, bildirib ki, Putinə Azərbaycan xalqını sakitləşdirmək lazım deyildi. Çünki, həqiqətən də Azərbaycan xalqı öz ərazilərini geri qaytarıb və bunu hamı etiraf edir.

L.Kalaşnikov Rusiyanın bu münaqişədə tərəf saxlamaq məcburiyyətində olmadığını söyləyib:

“Niyə görə Rusiya Ermənistan haqqında düşünməlidir? Bu iki ölkə müəyyən səbəblərdən bir-biri ilə müharibə edir. Azərbaycan tərəfi ədalət uğurunda öz əraziləri üçün vuruşur. Qarşı tərəf də bu cür fikirləşir".

"İndi gəlin Rusiyanın yerində durun. Siz niyə görə, fikirləşirsiniz ki, Rusiya bu müharibədə kiminsə tərəfində vuruşmalıdır? Mən qonaq olduğum verilişlərdə də deyirəm. Niyə görə, Rusiyanı bu müharibəyə cəlb etmək istəyirsiniz? Biz əksinə, qonşularımıza kömək etməliyik”-deyə o əlavə edib.

Ermənistan tərəfindən üçtərəfli bəyanata yenidən baxılması cəhdlərinə münasibət bildirən Kalaşnikov siyasətçilərin müəyyən maraqlardan, şəraitdən asılı olaraq çıxış etdiyini vurğulayıb.

“Bu, hər zaman belə olub, belə də qalacaq. Onlar daxili auditoriyanın maraqlarına uyğun çıxış edilər. Aydındır ki, həmin fikir daxili auditoriyanın marağına uyğundur. O ki, qaldı üçtərəfli bəyanatı dəyişmək cəhdlərinə, buna heç kəs nail ola bilməyəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO