Bu gün mətbuatda müğənni Mətanət Əsədovanın həbs olunması ilə bağlı xəbərlər yayılıb.
Bizim.Media xəbər verir ki, iddialara görə, Mətanət Əsədova insan alverinə görə həbs edilib.
MÖVZU İLƏ BAĞLI:
Mətanət Əsədovanın həbs xəbəri yayıldı - DETALLAR - FOTO
Məlumatda deyilir ki, o, bir neçə qadını evində pul qarşılığında iş adamlarına satırmış.
Məsələ ilə bağlı müğənninin özü ilə əlaqə saxladıq. Telefona cavab verən Mətanət Əsədova haqqında yayılan xəbəri təkzib edərək, tezliklə əslində kimin həbs olunduğunu açıqlayacağını bildirib.
“Bu gün saat 16.00-da İnstagramda canlı yayım açıb, bəzi məqamlara aydınlıq gətirəcəyəm. Onda hamı bütün həqiqətləri öyrənəcək”.
Səkinə Yusibli, Bizim.Media