Diaspor nümayəndələrinin Şuşaya səfəri davam edir - FOTO

Diaspor nümayəndələrinin Şuşaya səfəri davam edir - FOTO

Hazırda oxunan: Diaspor nümayəndələrinin Şuşaya səfəri davam edir - FOTO

30162

Azərbaycan diaspor nümayəndələrinin “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan Şuşa səfəri davam edir.

Bizim.Media xəbər verir ki,bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində erməni vandalizminə məruz qalmış və bu il yenidən Şuşaya qaytarılan “Güllələnmiş heykəllər”in olduğu meydanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, eləcə də “Xarı bülbül” otelini ziyarət ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın diaspor nümayəndələri Cıdır düzündə - FOTO/VİDEO


Diaspor nümayəndələrinə Şuşanın çoxəsirlik tarixi, zəngin mədəniyyət abidələri barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycanda olan bir qrup diaspor nümayəndəsinin Şuşaya səfərini təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO