“Bakıdakı görüş üç ölkə arasında mövcud olan birliyi nümayiş etdirir” - Mustafa Şəntop 

“Bakıdakı görüş üç ölkə arasında mövcud olan birliyi nümayiş etdirir” - Mustafa Şəntop 

Hazırda oxunan: “Bakıdakı görüş üç ölkə arasında mövcud olan birliyi nümayiş etdirir” - Mustafa Şəntop 

30120

“Azərbaycan, Türkiyə və Pakistan arasındakı münasibətlər dostluq və qardaşlıq əsasında formalaşıb”. 

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan parlamentində keçirilən birinci üçtərəfli görüşdə çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, bu görüş Azərbaycanla Türkiyə arasında əlaqələrin daha da möhkəmlənməsi işinə töhfə verəcək:

“İki ölkə arasında bütün sahələrdə uğurlu əməkdaşlıq var. Bu görüş üç ölkə arasında mövcud olan birliyi nümayiş etdirir. Həm Türkiyə, həm də Pakistan Vətən müharibəsinin ilk anlarından Azərbaycana dəstək olurdu. “Şuşa bəyənnaməsi”nin imzalanması üç ölkənin birliyindən xəbər verir”. 

M.Şentop bildirib ki, Azərbaycan əhatəli sülh sazişi imzalamaq çağırışı etdi:

“Bölgədə sülh üçün işlərimizi sürətləndirəcəyik. Burada “Bakı bəyannaməsi” imzalanacaq. Bu sənəd bölgəmizin təhlükəsizliyi və əmin-amanlığının təmin edilməsinə öz töhfəsini verəcək. Üçtərəfli münasibətləri institutlaşdırmaq baxımından bu bəyanat mühüm rol oynayır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO