ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşdü 

ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşdü 

Hazırda oxunan: ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşdü 

0:00
0:00
30109

27 iyul 2021-ci il tarixdə partlamamış silah-sursatın axtarışı ilə bağlı Cəbrayıl rayonunun Mehdili kəndinə ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Nəsirov Bəhruz Tapdıq oğlu piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alıb. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Cəbrayıl rayon prokurorluğu yayıb. 

Mənbə bildirir ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. 

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO