“Azərbaycanda hər beş fərdi sahibkardan biri qadındır” - Vüsal Qasımlı 

“Azərbaycanda hər beş fərdi sahibkardan biri qadındır” - Vüsal Qasımlı 

Hazırda oxunan: “Azərbaycanda hər beş fərdi sahibkardan biri qadındır” - Vüsal Qasımlı 

30067

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının nümayəndə heyəti ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya Mərkəzdən məlumat verilib. 

Məlumata görə, V.Qasımlı bildirib ki, Prezident İlham Əliyevin qəbul etdiyi Strateji Yol Xəritələrinin icrası çərçivəsində yaradılan assosiasiya qadın sahibkarlığının inkişafında, qadın sahibkarlığı sahəsində təşəbbüskarlığın artırılmasında, sahibkar qadınların maraqlarının qorunmasında, şəffaflıq və sosial məsuliyyət prinsipləri əsasında onlara biznes xidmətlərinin göstərilməsində mühüm rol oynayır:

"2020-ci ildə 174 329 sahibkarlıq subyekti qeydiyyata alınıb, onlardan  9230-u kommersiya hüquqi şəxs, 165 099-u fərdi sahibkardır. Kommersiya hüquqi şəxslərin 14,8 faizinin (1373) təsisçisi və fərdi sahibkarların 20,4 faizi (33 742) qadındır. Beynəlxalq müqayisələr göstərir ki, qadın sahibkarlığının inkişafı ölkədə iqtisadi artımın sürətlənməsi, sosial rifahın yaxşılaşması və inklüzivliyin təmin olunmasında əhəmiyyətlidir". 

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva qadın sahibkarlığın inkişafı üçün dövlət dəstəyinin əhəmiyyətini qeyd etməklə yanaşı, həm də vergi, gömrük, kredit, sığorta və s. sahələrdə təkliflərini təqdim edib. V.Qasımlı dövlət-özəl dialoqu çərçivəsində verilən təkliflərin islahat gündəliyini zənginləşdirəcəyinə inamını ifadə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO