"Barselona" "Neymar"la problemini həll etdi

Hazırda oxunan: "Barselona" "Neymar"la problemini həll etdi

30040

"Barselona" ilə klubun sabiq futbolçusu Neymar arasında olan problemlər aradan qalxıb.

Bizim.Media xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

29 yaşlı hücumçu 2017-ci ildə PSJ-yə transfer olunan zaman müqaviləsindəki şərtlərə əməl etmədiyi üçün Kataloniya klubu ondan təzminat tələb etmişdi.

Neymar isə buna cavab olaraq sözləşmədə qeyd edilən məbləğdə məvacib almadığını bildirmişdi və klubdan bu məbləğin faizi ilə birlikdə ödənilməsini istəmişdi. Lakin "Barselona"nın yaydığı açıqlamada artıq məhkəmə prosedurlarının başa çatdığı braziliyalı oyunçu ilə aralarındakı bütün problemlərin həll olunduğu bildirilib.

Qeyd edək ki, PSJ Neymarı "Barselona"dan 2017-ci ildə 222 milyon avro qarşılığında transfer edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO