Gözəllik salonlarında müştərilərdən COVID-19 pasportu tələb edilməyəcək

Gözəllik salonlarında müştərilərdən COVID-19 pasportu tələb edilməyəcək

Hazırda oxunan: Gözəllik salonlarında müştərilərdən COVID-19 pasportu tələb edilməyəcək

30026

Gözəllik salonlarında Covid-19 pasportu tələb edillməyəcək 

Sentyabrın 1-dən ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər.

Bizim.Media xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda etdiyi dəyişiklikdə əksini tapıb.
 

MÖVZU İLƏ BAĞLI:

Restoranlar, iri ticarət mərkəzləri və mehmanxalara COVID-19 pasportu olmayanlar buraxılmayacaq


Bununla da şadlıq sarayları və sağlamlıq-idman komplekslərindən sonra ictimai iaşə müəssisələri, mehmanxanalar və iri ticarət mərkəzlərinə də müştərilərin daxil olması yalnız COVID-19 pasportu ilə mümkün olacaq.

Yaşı 18-dən yuxarı olan şəxslərin yalnız COVID-19 pasportu təqdim etdiyi halda xidmətlərindən istifadə edə biləcəyi ictimai iaşə müəssisələri restoran və kafelərdir. Bərbərxanalar və gözəllik salonları isə bu sıraya daxil deyil.

Çünki gözəllik salonları və bərbərxanalar kafe və restoranlar kimi eyni anda insanların kütləvi xidmətlərindən istifadə etdiyi məkanlar deyil.

Ancaq qərara əsasən, 1 sentyabr tarixindən etibarən bərbərxana və gözəllik salonlarının işçilərinin ən azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunacaq.(apa)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO