Enşteynin DİL ÇIXARAN məşhur fotosu - Maraqlı FAKTLAR

Enşteynin DİL ÇIXARAN məşhur fotosu - Maraqlı FAKTLAR

Hazırda oxunan: Enşteynin DİL ÇIXARAN məşhur fotosu - Maraqlı FAKTLAR

30015

Enşteyn yatsa da yuxusuna girməzdi ki, onunla bağlı ən məşhur foto dilini çıxardığı şəkil olacaq.

Bizim.Media xəbər verir ki, şəkil daha öncə hərracda 125 min dollara satılıb, amma alan şəxsin kimliyi açıqlanmayıb. 

Enşteynin 72 yaşı (1951-ci il 14 mart) münasibətilə Prinston universiteti təntənəli tədbir keçirib.

Albertin doğum gününü aparıcı media mənsubları işıqlandırırdı. Onların arasında amerikalı fotoqraf Artur Sass da olub. Albert Enşteyn yorğun halda evə qayıdarkən fotoqraf onu haqlayıb və gülümsəməyini xahiş edib. Ziyalı isə gülümsəmək əvəzinə fotoqrafa dil çıxarıb. Orijinal fotoda ondan arxada həmkarı Frank Eydelot və həyat yoldaşı Meri Cennet əyləşiblər. Sonradan şəkil kəsilib ki, yalnız Albert görünsün. 

Arturun redaktoru əvvəlcə fotonu işıqlandırmaqdan çəkindi, buna görə də fotoqraf fotonu birbaşa Albert Eynşteynə yollayıb.

Enşteyn şəkili o qədər bəyəndi ki, 9 dənəsini çıxartmağı xahiş edib və sonra həmin fotoları imzalayaraq dostlarına göndərib. Fotoqrafın maddi çətinliklərinə anlayan Albert onun redaksiyasına zəng vuraraq dərhal o fotoları yerləşdirməyi tələb edib. Təəccüblü olsa da, məhz sözügedən foto uzun illərdir ki, XX əsrin 10 ən yaxşı rəsmindən biri seçilir.

Qeyd edək ki, fotoqraf şəkilin işıqlandırılmağını qanorara görə istəyirdi. Belə ki, həmin pul vasitəsilə həyat yoldaşına çəkmə almağı söz vermişdi. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO