Azərbaycan hərbçiləri erməni kəndlərinə atəş açmayıb – Badalyanın yalanı üzə çıxdı 

Azərbaycan hərbçiləri erməni kəndlərinə atəş açmayıb – Badalyanın yalanı üzə çıxdı 

Hazırda oxunan: Azərbaycan hərbçiləri erməni kəndlərinə atəş açmayıb – Badalyanın yalanı üzə çıxdı 

29999

Xəbər verdiyimiz kimi, Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsinə çalışan və orada əsgərlərimizə qarşı atəş açan ermənilərə dəstək adı ilə Telegram kanalında aksiya keçirən erməni bloger Mikael (Mika) Badalyan bir az öncə feyk xəbər yayaraq demişdi ki, guya Naxçıvanın Sədərək rayonu ilə sərhəddə, Ermənistanın Armaş kəndi istiqamətində döyüşlər gedir.  

Bizim.Media xəbər verir ki, bu xəbər Ararat bölgəsinin rəhbərliyi tərəfindən təkzib edilib.  

“Azərbaycan Ordusu Armaş və Surenavan istiqamətində atəş açmayıb, ancaq Armaş sakinləri güllə səsləri eşidiblər”, deyə açıqlamada deyilir. 

"Mətbuatda yayılan bu cür məlumatlar həqiqətə uyğun gəlmir. Ancaq bu gün saat 11: 30-dan etibarən Yerasx istiqamətində düşmən erməni mövqelərinə tərəf müxtəlif çaplı silahlardan atəş açıb. Erməni tərəfi cavab tədbirlərinə əl atıb. Hazırda vəziyyət sakitdir”. 

Yerli rəhbərlik Mika Badalyanın da bostanına daş atıb:

“Media nümayəndələrini gerçəkliyə uyğun olmayan və çaxnaşmaya səbəb olan məlumatları yaymaqdan çəkinməyə çağırırıq”. 

“Sputnik Ermənistan” ilə söhbətində Armaş kəndinin başçısı Akop Zeynalyan da bu məlumatın doğru olmadığını deyib: 

"Atışma olmasa da vəziyyət gərgindir. Bizə necə atəş aça bilərlər? Mövqelər burda deyil axı, Yerasxdadır". 

Atışma səsini isə kəndlilər eşidib. Onlardan biri Tiqran Matevosyan “Sputnik Ermənistan”a müsahibəsində bu gün həmkəndliləri ilə 11-12:30 arasında atəş səslərini eşitdiklərini söyləyib: 

"Yaxınlıqda bir göl var, orada balıq yetişdirilir, ovçular ora enir, orada atəş aça bilərlər. Ancaq artilleriya səsləri eşidilsə, deməli atəş açırlar, indiki halda isə heç nə deyə bilmərəm". 

Onun sözlərinə görə, kənddə çaxnaşma yoxdur, sakinlər gündəlik işləri ilə məşğuldurlar. Xatırladaq ki, 14 iyul gecəsi baş tutan atışma zamanı bir erməni əsgər öldürülüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO