Güləşçilərimiz dünya çempionatında 8 medal qazandı

Güləşçilərimiz dünya çempionatında 8 medal qazandı

Hazırda oxunan: Güləşçilərimiz dünya çempionatında 8 medal qazandı

29900

Azərbaycanın yeniyetmə güləşçiləri Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında 8 medal qazanıb.

Bizim.Media xəbər verir ki, medallardan 1-i gümüş, 7-si bürünc əyarlı olub.

Yeganə gümüş medalı qadın güləşində Ruzanna Məmmədova (46 kq) əldə edib.

Sərbəst güləşçilərdən Cavid Cavadov (55 kq), Abdulrəhman İbrahimov (60 kq) və Yusuf Dursunov (92 kq), yunan-Roma güləşçilərindən isə Fəraim Mustafayev (48 kq), Rəhman Kərimov (51 kq), Ruslan Nurullayev (71 kq) və Cocu Səmədov (80 kq) bürünc medala layiq görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO