"Ölkədə epidemioloji vəziyyət pisləşir, toylardan uzaq durmalıyıq" - Mərkəz rəhbəri

Hazırda oxunan: "Ölkədə epidemioloji vəziyyət pisləşir, toylardan uzaq durmalıyıq" - Mərkəz rəhbəri

29845

"Ölkədəki epidemioloji vəziyyət xeyli çətinləşib. Hazırkı vəziyyət noyabr ayını xatırladır".

Bizim.Media xəbər verir ki, bu sözləri Gürcüstanın Xəstəliklərə nəzarət mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.

Onun sözlərinə görə, epidemoloji vəziyyətin yaxşılaşdırılması üçün, virusla əlaqədar qaydalara əməl etmək və peyvənd olunmaq lazımdır:

"Qaydalara əməl etməli, hər yerdə maska taxmalıyıq. Maskanı bütün qapalı məkanlarda, həmçinin 5 nəfərdən artıq insanın toplaşdığı açıq məkanlarda da taxmalıyıq. Geniş toplantılardan - toylardan, şənliklərdən, konsertlərdən uzaq durmalıyıq. Epidemioloji vəziyyətin daha da pisləşməsini istəmiriksə, qaydaları qorumalıyıq. Ölkədəki bu günkü vəziyyət bizə noyabr ayını xatırladır. Hazırda ölkədə 4 müxtəlif peyvənd vətəndaşlarımız üçün əlçatandır və insanları peyvənd olmağa çağırırıq", - deyə Qamkrelidze əlavə edib.

Mərkəz rəhbəri qeyd edib ki, ötən gün "Pfizer" vaksini üçün 153 000 nəfər qeydiyyatdan keçib, hazırda isə təxmini olaraq 10 000 nəfər üçün yer qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO