Dağ yəhudiləri Şuşada Albert Aqarunovun adının əbədiləşdirilməsini xahiş edirlər

Dağ yəhudiləri Şuşada Albert Aqarunovun adının əbədiləşdirilməsini xahiş edirlər

Hazırda oxunan: Dağ yəhudiləri Şuşada Albert Aqarunovun adının əbədiləşdirilməsini xahiş edirlər

2983

Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondunun (STMEGİ) prezidenti, Rusiya Yəhudi Konqresinin vitse-prezidenti German Zaxaryayev özünün “Facebook” səhifəsində erməni işğalından azad olunmuş Şuşada tankçı, Azərbaycanın Milli Qəhrəmanı, yəhudi əsilli Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi təşəbbüsü ilə çıxış edib.

Bizim.Media Azərtac-a istinadən xəbər verir ki, German Zaxaryayev Azərbaycan xalqı ilə birgə onun qələbəsinə, əzəli torpaqlarının geri qaytarılmasına sevindiklərini söyləyib.

Lakin bununla belə, 30 ilə yaxın davam edən münaqişənin bütün tarixini unutmamağı tövsiyə edib.

German Zaxaryayev qeyd edir ki, XX əsrin 90-cı illərinin əvvəlində Azərbaycanın bütün sakinləri, o cümlədən yəhudilər Vətənin müdafiəsinə qalxdılar:

“Tankçı Albert Aqarunov Qarabağ xanlığının incisi, yalnız indi qanuni sahiblərinə qayıdan Şuşa yaxınlığında gedən döyüşlərdə həlak olub''.

''Fikrimcə, bu şəhərin küçələrindən birinə Albert Aqarunovun adı verilsəydi, bu, ədalətli addım olar, xalq öz qəhrəmanının daim xatırlayar”.

Zaxaryayev yazır: “Mən belə bir təşəbbüslə Azərbaycanın rəhbərliyinə müraciət etmək niyyətindəyəm''.

''Ümidvaram ki, bu təşəbbüs dəstəklənəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO