Azərbaycanın əsas ixrac və idxal tərəfdaşları hansı ölkələrdir? - Statistika

Azərbaycanın əsas ixrac və idxal tərəfdaşları hansı ölkələrdir? - Statistika

Hazırda oxunan: Azərbaycanın əsas ixrac və idxal tərəfdaşları hansı ölkələrdir? - Statistika

29763

Bu ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 100 ölkəyə məhsul ixrac olunub, 156 ölkədən idxal olunub.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, 2021-ci ilin yanvar-may aylarında xarici ticarət dövriyyəsi 11 milyard 957,6 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 7 milyard 564,7 milyon dollar, idxalın dəyəri 4 milyard 392,9 milyon dollar təşkil edib, nəticədə 3171,8 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 

2020-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 21,3 faiz artıb, real ifadədə isə 10,2 faiz, o cümlədən idxal 13,4 faiz, ixrac 7,8 faiz azalıb. 

Xarici ticarət dövriyyəsinin 88,8 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Hindistan, Gürcüstan, Ukrayna, İspaniya, Almaniya, İsrail, Birləşmiş Krallıq, ABŞ, Portuqaliya, Tunis, Xorvatiya, Belarus, İran, Tailand, İsveçrə, Yaponiya və Koreya ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.      

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,5 faizi Rusiyanın, 15,0 faizi Türkiyənin, 12,7 faizi Çinin, 6,6 faizi Almaniyanın, 4,4 faizi ABŞ-ın, 4,0 faizi Ukraynanın, hər biri 3,5 faiz olmaqla İran və İtaliyanın, 2,7 faizi Birləşmiş Krallığın, hər biri 2,0 faiz olmaqla Koreya və Yaponiyanın, 1,7 faizi Fransanın, 1,6 faizi Braziliyanın, 1,5 faizi Hindistanın, 1,2 faizi Belarusun, hər biri 1,1 faiz olmaqla Vyetnam və Polşanın, 1,0 faizi Niderlandın, 16,9 faizi isə digər ölkələrin payına düşüb.

İxracın 36,8 faizini İtaliyaya, 16,3 faizini Türkiyəyə, hər biri 4,7 faiz olmaqla Hindistan və Gürcüstana, 4,6 faizini İspaniyaya, 3,9 faizini Rusiyaya, 3,7 faizini İsrailə, hər biri 2,6 faiz olmaqla Ukrayna, Portuqaliya və Tunisə, 2,4 faizini Xorvatiyaya, hər biri 1,8 faiz olmaqla Birləşmiş Krallıq və Tailanda, 1,7 faizini Belarusa, 1,6 faizini Çinə, 1,2 faizini İsveçrəyə, 0,9 faizini Kanadaya, hər biri 0,6 faiz olmaqla Almaniya, İrlandiya və Cəbəllütariqə, 4,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO