Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xocavənd rayonunun Şahyeri kəndi yaxınlığında düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri yanğının söndürülməsi işlərinə cəlb olunub.
Görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın sıx meşəlik sahəyə keçməsinin qarşısı alınaraq söndürülüb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:24 / 24.07.2021
FHN-nin 2 helikopteri Xocavənddə yanğını söndürdü - VİDEO
Hazırda oxunan: FHN-nin 2 helikopteri Xocavənddə yanğını söndürdü - VİDEO
Hazırda oxunan: FHN-nin 2 helikopteri Xocavənddə yanğını söndürdü - VİDEO
29757
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.