\

\"Qızıl Tac\" və \"Kral\" şadlıq sarayları cərimələndi

Hazırda oxunan: \"Qızıl Tac\" və \"Kral\" şadlıq sarayları cərimələndi

29687

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şadlıq saraylarında və istirahət mərkəzlərində keçirilən toy mərasimlərində yoxlamalar aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Bu şadlıq sarayının sahibi CƏRİMƏLƏNDİ 


Məlumata görə, rayon ərazisində fəaliyyət göstərən "Mələk", "Qızıl Tac" və "Kral" şadlıq evlərində keçirilən yoxlamalar zamanı təşkil edilən toy məclisləri barədə məlumatların "icaze.e-gov.az" portalında qeydiyyatdan keçirilmədiyi aşkarlanıb.

Həmin obyektlərin icarədarları və ya sahibləri - Afər İsmayılov, Yusif Yusifov və Bəxtiyar Güləhmədov inzibati məsuliyyətə cəlb olunaraq cərimələniblər.

Polis əməkdaşları tərəfindən keçirilən reydlər zamanı Bayan kəndi ərazisində yerləşən "Palma" istirahət mərkəzində keçirilən toy mərasimində isə müəyyən edilən say həddindən artıq qonağın iştirak etdiyi aşkarlanıb. Həmin obyekti işlədən Aydın Mikayılov barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO