Erməni silahlı birləşmələrinin 13 üzvünə hökm oxundu

Erməni silahlı birləşmələrinin 13 üzvünə hökm oxundu

Hazırda oxunan: Erməni silahlı birləşmələrinin 13 üzvünə hökm oxundu

29536

Bakı Ağır Cinayətlər Məhkəməsində erməni terrorçu silahlı birləşmənin daha 13 üzvünün - Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Veryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Prokuror erməni terrorçu silahlı birləşmənin üzvlərinə 7 il cəza istədi - YENİLƏNİB


Bizim.Media bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılov sədrliyi ilə baxılan iclasda hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər biri 6 il azadlıqdan məhrum edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək və cəzalarını çəkdikdən sonra Azərbaycan Respublikası hüdudlarından kənarlaşdırılacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO