“TRT World”  “Azerspace-1” də yayıma başlayıb

“TRT World”  “Azerspace-1” də yayıma başlayıb

Hazırda oxunan: “TRT World”  “Azerspace-1” də yayıma başlayıb

2947

Türkiyənin beynəlxalq xəbər yayımında aparıcı xəbər kanallarından olan “TRT World” kanalı “Azerspace-1” peykində də yayıma başlayıb.

Bizim.Media-nın xəbərinə görə, bu barədə “Azərkosmos” ASC  açıqlama verib.

Qeyd olunub ki, ingilis dilli xəbər kanalı olan “TRT World” “Azerspace-1” peyki üzərindən 11095/H/30000 tezliyi ilə yayımlanır.

“Kanalımızın “Azerspace-1” peykində yayımlanmasından olduqca məmnunuq. “TRT World” kanalının strateji əhəmiyyətli regionlarda yayımı bizim üçün xüsusi önəm kəsb edir.

“Azərkosmos”la bu əməkdaşlığımız bizə imkan verəcək ki, kanalımızın sosial, humanitar məzmunlu proqramlarını daha çox izləyiciyə çatdıraq”, - deyə “TRT World” kanalının Qlobal rəqəmsal, peyk yayımı və tərəfdaşlıq üzrə rəhbəri Furkan Han bildirib.

“Azerspace” kommersiya qrupunun rəhbəri Yolçu Həsənov isə bildirib ki, “TRT World” kanalı ölkəmizin işğal altındakı əraziləri uğrunda apardığı haqlı mübarizəsini davamlı olaraq dünya ictimaiyyətinə çatdırıb:

“Bununla yanaşı, əməkdaşlığımız potensial yeni müştərilərin cəlb edilməsinə və xidmət coğrafiyamızın daha da genişləndirilməsinə imkan yaradacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO