Ayan izləyicilərini HƏDƏLƏDİ:

Ayan izləyicilərini HƏDƏLƏDİ: "Qızım haqqında ...” 

Hazırda oxunan: Ayan izləyicilərini HƏDƏLƏDİ: "Qızım haqqında ...” 

29452

Müğənni Ayan Babakişiyeva "Xəbər-ətər" verilişində qonaq olub. 

Bizim.Media xəbər verir ki, veriliş zamanı Ayan izləyicilərinə ismarıc göndərərək onları hədələyib.  

Belə ki, onun qızına, özünə sosial şəbəkələrdə artıq-əskik sözlər yazanlar qanun çərçivəsində cavab verəcəklər. 

"Zamanında mən də ana oldum. Yerli-yersiz söhbətlər yarandı, amma insan özünü bilir ki, sən kimsən və nəyə qadirsən. Uşaq mənim ən həssas yerimdi. Fərqi yoxdur, kimin balasıdır. Heç kimin övladına pis gözlə baxmaram. Nə də öz övladım üçün kimsə artıq-əskik nəsə yazsa, cavab verəcək. Bir dəfə yazıldı, tapdıq kimdir, profilində paylaşıb üzr istədi. Bundan sonra da mənim qızım, ailəm haqqında kimsə artıq-əskik nəsə yazsa, fərqi yoxdu ki, sizin orda sıfır izləyiciniz var, səhifən harda açılıb, kim açıb. Hamısını tapmaq asandır. Sənin nəslindən, kökündən kimsə tapılacaq. Ona görə heç kimin ailəsi, övladı haqqında nəsə yazmayın", deyə o, sərt mesaj göndərib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO