İyulun 20-də Azərbaycan Respublikasının xarici İşlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici İşlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub.
Bizim.Media-ya XİN-dən verilən məlumata görə, nazirlər müqəddəs Qurban bayramı münasibətilə bir-birlərini təbrik edib, xalqlarımıza və ölkələrimizə sülh, əminamanlıq və tərəqqi arzu ediblər.
MÖVZU İLƏ BAĞLI:
Ceyhun Bayramovdan bayram TƏBRİKİ
Nazirlər, həmçinin ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar
Bizim.Media