Şəhid ailəsinin evindən oğurluq edənlər saxlanıldı - FOTO

Şəhid ailəsinin evindən oğurluq edənlər saxlanıldı - FOTO

Hazırda oxunan: Şəhid ailəsinin evindən oğurluq edənlər saxlanıldı - FOTO

29188

Şəmkir rayon Polis Şöbəsinə rayon ərazisindəkin mənzillərin birindən naməlum şəxs və ya şəxslərin oğurluq etməsi barədə məlumat daxil olub. Məlumat ilə əlaqədar polis əməkdaşları dərhal hadisə yerinə gələrək müəyyən araşdırmalar həyata keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, rayon sakinləri Aytəkin Nağıyev və Həsrət Rüstəmov iyul ayının 14-dən 15-nə keçən gecə qonşuluqdakı şəhid ailəsinə məxsus fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan ümumi dəyəri 25 min manat olan qızıl-zinət əşyalarını oğurlayıblar.

Şübhəli şəxslər maddi sübutlar ilə birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO