Rusiya tankları Əfqanıstan sərhədinə yeridildi – MÜHARİBƏ BAŞLAYIR?

Rusiya tankları Əfqanıstan sərhədinə yeridildi – MÜHARİBƏ BAŞLAYIR?

Hazırda oxunan: Rusiya tankları Əfqanıstan sərhədinə yeridildi – MÜHARİBƏ BAŞLAYIR?

0:00
0:00
29187

Tacikistandakı Rusiya tankları Əfqanıstan sərhədinə doğru hərəkət edib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” agentliyi Mərkəzi Hərbi Dairənin açıqlamasına istinadən yayıb.

“Qarşıdan gələn ortaq taktiki təlim çərçivəsində Tacikistanda yerləşən Rusiyanın 201-ci hərbi bazasına məxsus T-72 tankları Liara poliqonundan Əfqanıstanla həmsərhəd olan Harb-Maidon poliqonuna 200 km-lik bir yürüş etdilər”. Açıqlamada belə deyilir.

Rusiya və Tacikistan hərbçiləri komanda məntəqələrində yerləşiblər, atəş mövqeləri üçün mühəndis işləri görüblər və hərbi texnikanı kamuflyaj ediblər.

Avqust-sentyabr ayları arasında Rusiya və Orta Asiya respublikaları Əfqanıstan sərhədində bir sıra ortaq hərbi təlimlər keçirəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO