Bakıda bayram namazı qılındı

Bakıda bayram namazı qılındı

Hazırda oxunan: Bakıda bayram namazı qılındı

29169

Bakıda Qurban bayramı ilə bağlı bayram namazı qılınıb.

Bizim.Media xəbər verir ki, Bakının "Əjdərbəy" məscidində icra olunan dini ayində Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə də iştirak edib.

Məsciddə namaz Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayevin imamətliyi ilə qılınıb.

Sabah da "Təzəpir" və ölkənin digər məscidlərində namazlar qılınacaq.

Qeyd edək ki, bu gün və sabah Azərbaycanda Qurban bayramı qeyd olunur. Belə ki, bu il bayram 20-21 iyul tarixlərinə təsadüf edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO