"Qəbələ" "Atletik"in sabiq qapıçısını transfer etdi

Hazırda oxunan: "Qəbələ" "Atletik"in sabiq qapıçısını transfer etdi

29117

2021-2022-ci illər mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.


Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, əyalət təmsilçisi kamerunlu qapıçı Kristof Atanqana-Assimba ilə 2 illik müqavilə imzalayıb. Bu, "qırmızı-qaralar"ın yay fasiləsində ilk legioner transferidir.

İspaniya vətəndaşlığı da olan 21 yaşlı qolkiper peşəkar karyerasını bu ölkənin klublarında keçirib.

Kristof Bilbao “Atletik”i, “Baskoniya”, “Leyoa”, “Somorrostro”, “Arenas de Qetxo” klublarının formasını geyinib.

Qeyd edək ki, “Qəbələ” Atanqana-Assimbaya qədər Urfan Abbasov, Məqsəd İsayev və Nicat Mehbalıyevı heyətinə qatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO