“Koronavirusun dördüncü dalğası kimi xəbərlərin yayılması sadəcə panikadır. Bunlar partlayış xəbərləridir”.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə immunoloq, tibb doktoru Vladislav Jemçukov jurnalistlərə açıqlamasında bildirib.
MÖVZU İLƏ BAĞLI:
ÜST rəsmən elan ETDİ - Yeni dalğa başlayıb
O, koronavirus dalğasının mövcudluğunu rədd edib. Həkim hazırda yayılan dalğanın başqa bir problem olduğunu deyib.
“Heç bir dalğanın mövcud olduğunu düşünmürəm, hamısı sadəcə partlayışlardır. Hər kəs xəstələnə və immuniteti düşə bilər” deyə ekspert vurğulayıb.
Alçina Amilqızı, Bizim.Media