Şahmatçılarımız dünya kuboku yarışında heç-heçə etdilər - FOTO

Şahmatçılarımız dünya kuboku yarışında heç-heçə etdilər - FOTO

Hazırda oxunan: Şahmatçılarımız dünya kuboku yarışında heç-heçə etdilər - FOTO

29043

Rusiyanın Soçi şəhərində Azərbaycan şahmatçılarının da qatıldığı dünya kuboku yarışları davam edir.

Bizim.Media xəbər verir ki, bu gün dünya kubokunun üçüncü mərhələsinin ilk partiyaları oynanılıb. Belə ki, otuz ikidəbir finalda kişi şahmatçılarımız — Nicat Abasov rusiyalı Andrey Yesipenko, Vasif Durarbəyli isə çexiyalı David Navara ilə heç-heçə ediblər, Şəhriyar Məmmədyarov isə ermənistanlı Haik Martirosyana məğlub olub.
 

MÖVZU İLƏ BAĞLI:

Şahmatçılarımız turnir cədvəlində 5-6-cı yerləri bölüşürlər


Qadın şahmatçılarımız - Günay Məmmədzadənin iranlı Sarasadat Hademalşarieh, Gülnar Məmmədovanın isə almaniyalı Elizabet Paets ilə on altıdabir finalda oyunları da heç-heçə ilə nəticələnib.

Xatırladaq ki, dünya kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO