Şeyma Subaşının sevgilisi bütün SİRLƏRİ AÇDI

Şeyma Subaşının sevgilisi bütün SİRLƏRİ AÇDI

Hazırda oxunan: Şeyma Subaşının sevgilisi bütün SİRLƏRİ AÇDI

29014

İnstagram ulduzu Şeyma Subaşının qalmaqallı sevgilisi Mohammed Alsaloussi münasibətləri haqda sualları cavablandırıb.

Bizim.Media xəbər verir ki, misirli iş adamı dələduz olması haqqında irəli sürülən iddiaların doğru olmadığını deyib.

"Hər şeyin bitməsini istəyən mən idim. Şeymaya kredit kartımı vermişdim, bütün xərclədiklərinin siyahısı məndə var. Bütün xərclərin, ziynət əşyalarının qiymətinin yer aldığı çekləri göndərmişəm.

Bank hesabımdan Şeymaya verdiyim kart ondadır. Şeymanın hər ay nə qədər xərclədiyini dostum yazıb saxlayıb. Haqqımda dələduz dedilər, bu da məni incitdi.

Anam noyabrda dünyasını dəyişib. Şeyma ilə anam ölməzdən bir az əvvəl tanış olmuşdum. Dekabrda münasibətimiz daha da yaxşılaşdı. İçimdə böyük boşluq var idi, çünki anama çox bağlı idim.

Şeyma ilə tanış olanda mənə qayğı göstərdi. Bundan xoşum gəldi. Melisa möhtəşəm övladdır. İçimdəki boşluğu, ailə hissini onlarla doldurdum.

Zaman keçdikcə, anladım ki, Şeyma və mənim aramda uyğunsuzluq var. O, mənim xoşuma gəlməyən fərqli bir həyat tərzi yaşayır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO