Gənc aktrisadan yeni fotosessiya - Fotolar

Gənc aktrisadan yeni fotosessiya - Fotolar

Hazırda oxunan: Gənc aktrisadan yeni fotosessiya - Fotolar

2894

Azərbaycanlı gənc, sevilən aktrisa Gülşən Hüseynli Azərbaycan Əsgərinə dəstək məqsədi ilə hərbi geyimdə fotosessiya edib. 

Bizim.Media bildirir ki, aktrisa şəkilləri “İnstagram” hesabında izləyiciləri ilə bölüşüb.

“Salam olsun əzəli Azərbaycan torpağı, mədəniyyət beşiyi Şuşamıza. Əsgərlərimizin, şəhidlərimizin qanı-canı bahasına bu torpaqlarımızı işğaldan geri aldıq.

Ruhunuz şad olsun Azərbaycan şəhidləri, qarşınızda baş əyirik. Şuşa biz qayıtdıq.”- deyə, bu sözləri əlavə olaraq qeyd edib.

Qeyd edək ki, Gülşən Hüseynli Eyyub Yaqubovun “Yenə o bağ olaydı” mahnısının klipində rol alan aktrisadır.

Həmçinin hal-hazırda hər kəs tərəfindən sevilən “Uçurum” serialında rol alır. Eyni zamanda “Best Model of Azerbaijan” müsabiqəsinin iştirakçısı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO