Bakıda ağır cinayətlərin sayı artıb

Bakıda ağır cinayətlərin sayı artıb

Hazırda oxunan: Bakıda ağır cinayətlərin sayı artıb

28933

"Bakı şəhərində 2020-ci ilin birinci yarımilində prokurorluq və daxili işlər orqanları üzrə cəmi 5362 törədilmiş cinayət hadisəsi qeydə alındığı halda, 2021-ci ilin birinci yarımilində 630 hadisə artaraq 5992 hadisə qeydə alınmış, ağır və xüsusilə ağır cinayətlərin sayı 286 vahid artaraq 1075 olmuş, qeyd olunan cinayət hadisələrinin açılma faizi 86,7% olub".

Bizim.Media xəbər verir ki, bunu Bakı şəhər prokuroru İlqar Abbasov 2021-ci ilin birinci yarımili ərzində cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə, qanunçuluğun möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsində bildirib.

O qeyd edib ki, hesabat dövründə ötən illə müqayisədə qəsdən adam öldürmə cinayətlərinin sayı 2 fakt artaraq 25 cinayət hadisəsi qeydə alınmışdır ki, onlardan Bakı şəhərinin tabe rayon prokurorluqlarında ibtidai istintaqı aparılan bütün cinayət işlərinin açılması təmin edilib:

"2020-ci ilin birinci yarımili ilə müqayisədə hesabat dövründə 20 quldurluq hadisəsi qeydə alınmışdır ki, bu ötən illə müqayisədə 8 hadisə az olmuş, həmin hadisələrdən 1-i bağlı qalıb".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO