Ali Hərbi Məktəbdə şəhidimizin anım mərasimi keçirildi - FOTO

Ali Hərbi Məktəbdə şəhidimizin anım mərasimi keçirildi - FOTO

Hazırda oxunan: Ali Hərbi Məktəbdə şəhidimizin anım mərasimi keçirildi - FOTO

28930

İyulun 17-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Vətən müharibəsində şəhid olmuş mayor Fərid Ələkbərovun xatirəsinə həsr olunmuş anma mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən  məlumat verilib.

Məlumata görə, “Şəhidlər ölməz-Vətən bölünməz” şüarı altında keçirilən mərasim açıq elan edildikdən sonra ümummilli liderimiz Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət himni ifa edilib.

Tədbirdə Vətən müharibəsində qəhrəmancasına şəhid olan mayor Fərid Ələkbərovun həyat, xidmət və döyüş yolu haqqında mərasim iştirakçılarına geniş məlumat verilib. Cəsur şəhid zabitin dostları, xidmət və döyüş yoldaşları çıxış edərək onun qəhrəmanlığından ətraflı söz açıblar.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatan Vətən müharibəsindən bəhs edən videoçarx tədbir iştirakçılarına nümayiş etdirilib.

Mərasimdə çıxış edən şəhid mayor F.Ələkbərovun anası Şükufə Həsənova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına, Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblı qəhrəmanlıq və vətənpərvərliyi tərənnüm edən mahnılar ifa edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO