Ermənistan XİN-ə bu şəxs rəhbərlik edəcək - FOTO

Ermənistan XİN-ə bu şəxs rəhbərlik edəcək - FOTO

Hazırda oxunan: Ermənistan XİN-ə bu şəxs rəhbərlik edəcək - FOTO

0:00
0:00
28727

Ermənistanda xarici işlər nazirinin səlahiyyətləri nazirin birinci müavini Armen Qriqoryana keçib.

Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Armenia” ölkə hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

Bugünlərdə Armen Qriqoryan Baş nazirin vəzifəsini icra edən Nikol Paşinyan tərəfindən Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilərək, XİN rəhbərinin birinci müavini təyin edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan XİN başsız qaldı: bütün müavinlər istefa verdi


Diplomatik xidmət haqqında qanununa görə, bundan sonra Ermənistanın xarici işlər naziri vəzifəsini məhz Qriqoryan yerinə yetirəcək.

Qeyd edək ki, mayın 27-də Ara Ayvazyanın istefasından sonra ölkənin baş diplomatının səlahiyyətlərini XİN başçısının müavini Armen Gevondyan icra edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO