Səfir Əfqanıstanda sülhməramlı missiyaya töhfəsinə görə Azərbaycana təşəkkür etdi - FOTO

Səfir Əfqanıstanda sülhməramlı missiyaya töhfəsinə görə Azərbaycana təşəkkür etdi - FOTO

Hazırda oxunan: Səfir Əfqanıstanda sülhməramlı missiyaya töhfəsinə görə Azərbaycana təşəkkür etdi - FOTO

28669

İyulun 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Amanullah Ceyhun ilə görüşüb.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir Azərbaycan ilə Əfqanıstan arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində görəcəyi işlərdə ona uğurlar arzulayıb.

Azərbaycanın ərazi bütövlüyü məsələsində Əfqanıstanın hər zaman açıq mövqe nümayiş etdirdiyini qeyd edən Müdafiə naziri ölkəmizin ədalətli mübarizəsini dəstəklədiyinə görə qardaş Əfqanıstan xalqına təşəkkürünü bildirib.

Ölkələrimizin hər zaman müxtəlif beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəklədiklərini diqqətə çatdıran səfir A.Ceyhun Əfqanıstanda həyata keçirilən sülhməramlı missiyasına Azərbaycan hərbçilərinin verdiyi töhfəyə görə minnətdarlığını bildirib.

Görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, hərbi əməkdaşlığın, xüsusilə hərbi təhsil sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib, regional təhlükəsizlik və müdafiə sahəsində qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO