Qarabağda silahlı birləşmələrə qoşulan Rusiya vətəndaşına 11 il iş istənildi

Qarabağda silahlı birləşmələrə qoşulan Rusiya vətəndaşına 11 il iş istənildi

Hazırda oxunan: Qarabağda silahlı birləşmələrə qoşulan Rusiya vətəndaşına 11 il iş istənildi

28586

Ermənistan tərəfindən Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxış edərək E. Dubakovun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror həmçinin çıxışında bildirib ki, Dubakov cəzasını çəkib başa çatdırdıqdan sonra Azərbaycanın hüdudlarından çıxarılsın.

Prosesdə daha sonra təqsirləndirilən şəxsin vəkili çıxış edib. O, çıxışında E. Dubakovun Ermənistan tərəfdən işğalda olan Azərbaycan ərazilərində hərbi təlimlərə cəlb edildiyini, lakin Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşmədiyini bildirib:

"Bu faktın Dubakovun işində yüngülləşdirici hal kimi qəbul olunmasını xahiş edirik".

Məhkəmə Eduard Dubakova son sözə hazırlaşmaq üçün vaxt verib.

Proses iyulun 22-də davam edəcək. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO