Qurban bayramında metro, avtobus işləyəcək? - RƏSMİ

Qurban bayramında metro, avtobus işləyəcək? - RƏSMİ

Hazırda oxunan: Qurban bayramında metro, avtobus işləyəcək? - RƏSMİ

28537

“Nazirlər Kabinetinin son qərarına əsasən, şənbə və bazar günləri metropoliten fəaliyyət göstərmir. O cümlədən də iyunun 17 və 18-də sərnişin daşımamalıdır”.

Bunu Bizim.Media-ya açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Metropoliten sözcüsü əlavə edib ki, əgər Operativ Qərargah hər hansı başqa bir qərar veriləcəksə,  SC icraçı qurum olaraq, onu icra edəcək. 

19, 20, 21 iyun tarixlərinə gəlincə, Bəxtiyar Məmməov qeyd edib ki, mövcud qərarla həmin günlər həftəiçinə təsadüf etdiyi üçün metropoliten fəaliyyət göstrəcək: 

“Əgər Operativ Qərargah başqa qərar verərsə, o icra olunacaq”.

Qeyri-iş günlərində Bakıda avtobusların fəaliyyət göstərib-göstərməyəcəyi hələ ki, məlum deyil.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bununla bağlı Operativ Qərargahın qərarının gözlənildiyini dedi.

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO