DİQQƏT! Bakının bu ərazilərində tıxac var

DİQQƏT! Bakının bu ərazilərində tıxac var

Hazırda oxunan: DİQQƏT! Bakının bu ərazilərində tıxac var

28513

Paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

Bu barədə Bizim.Media-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bakı - Sumqayıt şosesi - (Xırdalan dairəsinin tam yanından başlayaraq, bütün şose boyunca, “20 Yanvar” dairəsi istiqamətində çox güclü sıxlıq müşahidə olunur).

Binəqədi şosesi – (Əsasən,Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində) sıxlıq müşahidə edilir.

Eyni zamanda Babək prospekti - (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən, şəhər mərkəzi istiqamətində, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində), Qara Qarayev prospekti – (“Koroğlu” metrostansiyası istiqamətində), Zabrat şosesi - (Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində), Mikayıl Əliyev küçəsi – (Heydər Əliyev prospekti – Köməkçi yol istiqamətində), Yavər Əliyev küçəsi – (Aeroport şosesinə çıxan yol), Həsən bəy Zərdabi prospekti - (20 Yanvar dairəsinə düşən hissəsi) nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO