Ermənistan Prezidenti Paşinyanı istefaya çağırdı

Ermənistan Prezidenti Paşinyanı istefaya çağırdı

Hazırda oxunan: Ermənistan Prezidenti Paşinyanı istefaya çağırdı

2851

Ermənistan Prezidenti Armen Sarkisyan xalqa müraciət edib.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, Sarkisyan Milii Məclisi və hökuməti növbədənkənar parlament seçkilərinə hazırlaşmağa çağırıb.

O, Ermənistanın müharibədə həm döyüş meydanında, həm də diplomatik arenada uduzduğunu bildirib:

''Ölkə artıq nə 26 sentyabrda, nə də müharibənin sonuna bir gün qalmış - 8 noyabrda olan dövlət deyil. Qarabağ yaralıdır. Cəmiyyətimiz çalxalanır. Yaralı iqtisadiyyat nəhəng sosial problemlərlə yüklənib''.

''Qarabağdan böyük insan kütləsinin axını nəticəsində humanitar fəlakət baş verib... Biz reallığı görməzdən gələrək adi tərzdə yaşayışımızı davam etdirə bilmərik".

Müraciətdə Sarkisyan son günlər ərzində parlamentdəki və parlamentdənkənar qüvvələrlə, ictimai qruplar və fərdlərlə bir neçə görüş keçirdiyini, diaspora nümayəndələri ilə telefon söhbətləri apardığını qeyd edib.

“Mütləq əksəriyyətin fikri belədir - hökumət buraxılmalıdır, Nazirlər Kabinetinin səlahiyyətlərinə xitam verilməlidir və erkən parlament seçkiləri keçirilməlidir”, - deyə o, vurğulayıb.

Prezident həmçinin müharibənin bitməsinə baxmayaraq, erməni xalqının yeni sınaqlar dövrünə qədəm qoyduğunu və hər bir səhv addımın ağır nəticələrinin olduğunu da bildirib.

Sarkisyan vəziyyətdən yeganə çıxış yolunun növbədənkənar parlament seçkilərində gördüyünü açıqlayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO