Kəmaləddin Heydərov Polşa səfiri ilə görüşdü

Kəmaləddin Heydərov Polşa səfiri ilə görüşdü

Hazırda oxunan: Kəmaləddin Heydərov Polşa səfiri ilə görüşdü

28487

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov iyulun 13-də Polşa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib.

Bildirilib ki, qonağı səmimi salamlayan nazir Kəmaləddin Heydərov, ilk növbədə, Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti barədə ətraflı məlumat verib, ölkədə son illər fövqəladə hallarla mübarizə sahəsində görülmüş işlər barədə danışıb.

O, Fövqəladə Hallar Nazirliyi ilə Polşanın fövqəladə halların idarə edilməsi üzrə məsul qurumları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Sonra nazir K.Heydərov həmsədri olduğu Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti barədə qonağa məlumat verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təməli qoyulmuş Ələt Azad İqtisadi Zonası barədə danışan nazir Polşa iş adamları, biznes dairələri və sərmayəçilərini buraya sərmayə yatırmağa dəvət edib.

Səmimi görüşə görə təşəkkürünü bildirən səfir Rafal Poborski ölkələrimizin fövqəladə halların idarə edilməsi sahəsində aidiyyəti qurumlarının əməkdaşlıq imkanlarından bəhs edib. O, həmçinin Ələt Azad İqtisadi Zonasına polşalı iş adamlarının sərmayə yatırması ilə əlaqədar dəvətin dəyərləndiriləcəyini bildirib.

Səfir Rafal Poborski işğaldan azad olunmuş ərazilərimizə diplomatik korpusun sonuncu səfərində iştirakı barədə danışaraq, Polşa tərəfinin həmin ərazilərin bərpasında iştiraka hazır olduğunu, Azərbaycan və Polşa tərədaşları arasında bu istiqamətdə ticari və sərmayə əməkdaşlığı imkanlarını qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO