Qurban kəsməyin ŞƏRTLƏRİ – Haram olan nədir?

Qurban kəsməyin ŞƏRTLƏRİ – Haram olan nədir?

Hazırda oxunan: Qurban kəsməyin ŞƏRTLƏRİ – Haram olan nədir?

0:00
0:00
28436

İslam aləminin müqəddəs bayramlarından biri olan Qurban bayramı yaxınlaşır. Qurban kəsilməsi İbrahim peyğəmbərin zamanından müsəlmanlara vacib buyrulsa da hələ də bunun şərtləri ilə bağlı mübahisələr yaşanır.

Bizim.Media Qurban kəsilməsinin şərtlərini təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

Qurban bayramında 4 gün iş olmayacaq


İsmayıl qurbanı bayram qeyd olunan günlərin birində gündüz vaxtı kəsilməlidir.

Qurban bayramında qoç, qoyun, inək, dana və dəvə kəsilir. Amma nəsil artımı baxımından qurbanlıq heyvanın erkək olması üstün tutulur. Qurbanlıq qoç ən azı altı aylıq, dana bir yaşlı, dəvə isə beş yaşlı olmalıdır.

Kəsilən heyvanın sağlam olması vacib şərtdir. Əzalarında nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi məsləhət görülmür. 

Qurbanın bir hissəsi kasıblara paylanır, hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Qurban payının verilməsində din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. 

Bayramda bir nəfərin bir qoyun və ya qoç kəsməsi məqsədəuyğun hesab olunur. İri buynuzlu heyvan kəsilən zaman 7, dəvə kəsilən zaman isə 12 adam birləşə bilər.

“Pulla qurban payı almaq” kimi bir anlayış yoxdur. Kimsə bayram günü pulla bir neçə kilo ət alırsa, bu qurban payı hesab olunmur”.

Qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayanlara qurban kəsmək vacib deyil. İslamda bunun  üçün borc pula heyvan almaq təqdir olunmur.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO