Talibandan Türkiyəyə XƏBƏRDARLIQ:

Talibandan Türkiyəyə XƏBƏRDARLIQ: "Sizə qarşı cihad edəcəyik" 

Hazırda oxunan: Talibandan Türkiyəyə XƏBƏRDARLIQ: "Sizə qarşı cihad edəcəyik" 

28429

“Taliban” hərəkatı Türkiyəyə hərbçilərini Əfqanıstandan çıxarmaqla bağlı çağırış edib.

Bizim.Media-nın xəbərinə görə, Taliban bəyanatında bildirib ki, “Doha” razılaşmasına baxmayaraq, Türkiyə hökuməti ABŞ-la razılaşaraq öz hərbi qüvvələrini Əfqanıstanda saxlayır və bu yalnış addımdır.

Taliban Türkiyənin bu addımının Əfqanıstanın ərazi bütövlüyünün pozulması kimi qiymətləndirib. Qeyd edilib ki, bu milli maraqlarımıza ziddir:

“Biz Türkiyə rəsmilərini hər iki ölkə üçün zərərli olan bu qərarı ləğv etməyə çağırırıq. Hər hansı xarici ölkənin qüvvələrinin istənilən bir bəhanə ilə vətənimizdə qalmasını işğal kimi qəbul edirik və onlara fətva əsasında cavab veriləcək. Bu fətva əsasında son 20 ildə cihad edilib”.

Taliban Türkiyə müsəlmanlarına bu qərara etiraz etməklə də bağlı çağırış edib.

“Türk məmurlar qərarlarını yenidən nəzərdən keçirməsələr, İslam Əmirliyi və əfqan milləti dini, vicdani və vətənpərvərlik borclarına uyğun olaraq, 20 illik işğala qarşı çıxdıqları kimi, onlara qarşı da mövqe tutacaqlar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO