Sosial müəssisələrin standartları dəyişdi

Sosial müəssisələrin standartları dəyişdi

Hazırda oxunan: Sosial müəssisələrin standartları dəyişdi

28375

Sosial müəssisələrin standartları dəyişib.

Bizim.Media-nın məlumatına görə, Nazir Kabineti bununla bağlı “Sosial müəssisələrin və kvotadan əlavə iş yerlərinin Standartları”nda dəyişiklik edib.

Qüvvədə olan qərara əsasən, hazırda sosial müəssisələrin işçilərin orta illik sayının azı 80 faizini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin müvafiq yerli qurumları və ya “DOST” mərkəzlərinin göndərişi ilə işə qəbul olunmuş sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər - əlilliyi olan şəxslər, 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, məcburi köçkünlər təşkil edirlər.

Dəyişikliyə əsasən, bu sıraya şəhid ailəsinin üzvləri daxil edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO