Ailəsi ölümlə təhdid olunan futbolçunun xanımı danışdı - FOTOLAR

Ailəsi ölümlə təhdid olunan futbolçunun xanımı danışdı - FOTOLAR

Hazırda oxunan: Ailəsi ölümlə təhdid olunan futbolçunun xanımı danışdı - FOTOLAR

28152

İspaniya millisinin hücumçusu Alvaro Morata ölümlə təhdid olunub.

Bizim.Media sportinfo-ya istinadla xəbər verir ki, bu barədə Moratanın həyat yoldaşı Alis Kampello məlumat yayıb.

O, Morataya nifrət və təhqir dolu mesajların, ölüm təhdidlərinin gəldiyini deyib:

“Bu, böyük cahillikdir. Məndən daha zəif birinə belə mesajlar gəlsəydi, yəqin böyük problemlər yaşayardı. İdman insanları bir yerə gətirir. Ümid edirəm ki, insanlar bu hərəkətlərinə son verəcəklər”.

Morata AÇ-2020-nin yarımfinal mərhələsində İtaliyaya qarşı keçirilən matçın penaltilər seriyasında qol vura bilməyib.

Morata və Kampello 2017-ci ildən evlidirlər və üç uşaqları var.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO