Qazilərimiz Hərbi Qənimətlər Parkında - FOTO

Qazilərimiz Hərbi Qənimətlər Parkında - FOTO

Hazırda oxunan: Qazilərimiz Hərbi Qənimətlər Parkında - FOTO

28117

“Qazilərlə bir gün” layihəsi çərçivəsində Quba və Xaçmazdan olan bir qrup Vətən müharibəsi qazisinin Bakıya səfəri təşkil edilib.

Bizim.Media-ya “Böyük Qayıdış” Gənclər Təşkilatından verilən məlumata görə, səfər çərçivəsində Birinci və İkinci Fəxri xiyaban, Şəhidlər xiyabanı və Hərbi Qənimətlər Parkı ziyarət olunub, həmçinin rəsmilərlə görüş və qazilər üçün şəhər turu təşkil edilib.

Layihəyə cəlb olunan qazilər Birinci Fəxri xiyabanlarda olublar. Həmçinin Şəhidlər xiyabanı və İkinci Fəxri xiyabanı ziyarət edərək torpaqlarımızın azadlığı uğrunda canlarından keçənlərin məzarlarını ziyarət ediblər. 

Günün yekununda Hərbi Qənimətlər Parkı ziyarət olunub və qazilər üçün şəhər turu təşkil edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO