ÇÖRƏK HAQQI - Çox çörək yemək sonsuzluq yaradır...

ÇÖRƏK HAQQI - Çox çörək yemək sonsuzluq yaradır...

Hazırda oxunan: ÇÖRƏK HAQQI - Çox çörək yemək sonsuzluq yaradır...

28105

Çörək azərbaycanlıların qida rasionunda birinci yerdə dayanır desək heç də yanılmarıq. Azərbaycan qıtlıq içərisində yaşayan ölkə olmasa da, çörəyə təlabat həddindən artıq çoxdur. Bu bəlkədə qədimdən çörəyin müqəddəs sayılması ilə genetikamızda yatan bir instinkdir. 

Tədqiqatçıların hesablamalarına görə, insan həyatı boyu digər qida məhsulları ilə birlikdə təqribən 15 ton çörək yeyir. Çox təəsüflər olsun ki,  Azərbaycan insanı bu hesablamaların qat-qat üzərinə çıxır.

Çörəyin Böyük Vətən müharibəsi illərində xüsusi talonlarla satılması da bu təlabata zərurət yaradıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ən çox yediyimiz çörək haqda ALDANILDIĞIMIZ HƏQİQƏTLƏR - “2-3 dilimdən artıq...”


Çünki, demək olar ki, müharibə zamanını görən nənə-babalarımızın dediklərinə görə, qarınlarının doyması üçün böyükləri onlara xörəkdən çox çörəyi daha çox yemələri üçün israr ediblər. Hətta yayda yeyilən dondurma belə çörəklə yeyilirmiş.

Bundan başqa Azərbaycanda çörək müsəlmanların kitabı Qurandan irəli gələrək də müqəddəs sayılır. Müqəddəslik isə dövrün bütün vaxtlarında özünəməxsus tələbat yaradır. Ona görə də Azərbaycan toplumunda çörəyə and içmə kimi bir xüsusiyyət də formalaşıb.

Maraqlıdır ki, bizdə çörəyin çox yeyilməsi artıq vərdiş halına çevrilib. Yəqin ki, uşaqlıqda hamı anaları tərəfindən “çörəklə ye, yoxsa doymazsan” ifadəsi ilə qarşılaşıb.

Bu isə insan beynində qalaraq, zamanla çörək yeməyin vərdiş halına çevrilməsi üçün imkan yaradıb.

Statistikaya görə, Azərbaycan çörək istehlakına görə dünya ölkələrini qabaqlayırıq. Bu isə sözsüz ki, təlabatdan irəli gələn bir vəziyyətdir. Bəlkə də elə bu səbəbə görə də ölkədə tərkibində insan orqanizmi üçün vacib element-zülal olan ət və ət məhsulları istehlakı olduqca aşağıdır. 

Çörəyin zərəri...

Heç kəsə sirr deyil ki, təmizlənmiş ağ undan hazırlanan çörək insan orqanizmi üçün çox ziyanlıdır. Əsasəndə ağ çörəyin tərkibinə qatılan protein növü olan gluten orqanizmdə bir çox fəsadlar yaradır. Bu maddə insanlarda şişkinlik, ishal və mədə ağrısı kimi problemlərə yol açır.

Bundan başqa ağ çörəkdə tez həzm olunan, glisemik indeksi yüksək olan karbohidrat həddindən artıq çoxdur. Bir dilim ağ çörəkdə 13 qram karbohidrat var. Bu səbəbdən də ağ çörək qanda şəkərin səviyyəsini sürətlə artırır, aclığın artmasına və həddən çox yeməyə yol açır. Böyük iştahla yediyimiz isti təndir çörəyi də orqanizm üçün həddindən çox zərərlidir. Çünki isti çörəyin mədədə parçalanması, sorulması çox ləng getdiyi üçün çox ziyanlıdır. 

Sonsuzluğa yol açan çörək...

Həddən artıq çörək yeyən insanlarda bir çox xəstəliklər də meydana çıxır. Ağ çörək əsasən əsrin bəlası sayılan piylənməyə yol açan ən böyük amildir. Bundan başqa o diabet xəstəliyinin yaranmasına da səbəb olur. Tədqiqatlar göstərir ki, çörək çox yeyən qadınlarda sonsuzluq riski artır. Aparılan araşdırmalara görə, qlutenli qidalar yeyən qadın və kişilərdə sonsuzluq riski 6 dəfə çox olur.

Faydalı çörək növləri...

Ən faydalı çörək növü emal olunmamış, təmizlənməmiş buğdadan hazırlanandır. Arpa unundan və ya arpa ilə buğda unların qarışığından hazırlanmış çörək də çox faydalıdır. Bu çörək orqanizm tərəfindən daha gec mənimsənilir. Buğda kəpəyi əlavə olunmuş çörək də xeyirlidir.

Kəpək mədə-bağırsaq sisteminə müsbət təsir edir, qəbizliyin qarşısını alır, orqanizmdən ziyanlı maddələri xaric edir.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO