ABORT CİNAYƏTİ – Günahkar kimdir, EDƏN, ETDİRƏN?

ABORT CİNAYƏTİ – Günahkar kimdir, EDƏN, ETDİRƏN?

Hazırda oxunan: ABORT CİNAYƏTİ – Günahkar kimdir, EDƏN, ETDİRƏN?

28028

Son statistik hesablamalara görə, Azərbaycanda qız uşaqlarının sayı azalıb. Bu 16 ilin yekunlarının nəticəsi olaraq qeyd olunub. Bəzi hesablamalara görə, 2050-ci ildə bu azalma kəskin şəkildə özünü biruzə verəcək.

Buna əsas səbəb kimi, əsasən qız uşaqlarının abort edilməsi faktorunu misal gətirirlər. Bəzən ailəsində oğlan övladı olmayan ata həyat yoldaşını qız övladını abort etməyə məcbur edir.

Digər səbəblər isə sosial problemlərin çoxluğundan insanların risk edib, ailə qurmaması və ya evləndikdən sonra övlad sahibi olmaması kimi misalar gətirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Erkin Qədirli: “Ölkəmizdə abort prosedurunun sərtləşdirilməsinin əleyhinəyəm” - VİDEO


Lakin bir məqamı da qeyd edək ki, statistikaya görə, il ərzində kişi cinsi qadın cinsinə görə daha çox tələf olur. Əsasən qəzalarda, kriminal hadisələrə və müharibələrdə 90% kişilər ölür. Ancaq buna baxmayaraq, bu gün Azərbaycanda qadın sayının azalması sürətlə davam edir.

Sosioloq Sahib Altay Bizim.Media-ya açıqlamasında bildirib ki, Azərbaycan insanı əksəriyyət etibarı ilə mental təfəkkürə sahibdir. 

“Ona görə də selektiv abort hər zaman bizdə olub. Bu da bizdə nəsilartırma instinkti ilə bağlıdır. Bu insan təfəkküründə  qədimdən qalan tayfaçılıq, qəbiləçilik instiktlərinə görədir. Onlar nəsildə oğlanların, kişilərin təmsil olunması prinsipində qalıblar. Bizim təfəkkürümüzdə nəslin davamı kişiyə bağlıdır deyə, çoxunun ən böyük arzusu oğlan uşağına sahib olmaqdır. Bu ibtidai təfəkkür mental toplumların hamısında hələ də qalmaqdadır. Buna görədə bizdə qız uşaqlarından çox, oğlan uşaqlarına üstünlük verilir. Bunun başqa bir səbəbi isə əxlaq məsələsidir. Oğlan uşağının mental əxlaqa xas olmayan davranışları ona kişi dominantlığına görə keçilir. El arasında belə bir misal var qızın yükünü çəkmək ağırdır. Sırf bu səbəblərən dolayı qız uşaqları abort edilir”.

Mütəxəssis həmçinin son zamanlar ailə münaqişələrinin ictimailəşməsi də bir növ gənclərin ailə qurub, nəsil artırmaqdan çəkindirdiyini vurğulayıb.

“Bu gün bu problemlər açıq şəkildə efirlərdə müzakirəyə qoyulur. Bundan başqa bu cür problemlərin üzərinə bir az da mental dəyərləri gətiriləndə artıq insanlar dünyaya qız uşağı gətirməkdən çəkinməyə başlayırlar”.

Sosioloqun fikrincə qız uşaqlarının selektiv abortuna müdaxilə edəcək qüvvə ancaq qadınlardı. 

“Konstitusiyanın vətəndaş hüquqlarına görə qadın abort elətdirməmək və etdirmək hüququnu özü seçə bilir. Ona görə burada maarifləndirməyə ehtiyac var ki, hər insan öz şəxsiyyətini dərk etsin”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın fikrincə, qız uşaqlarının ana bətnində öldürülməsi zorakılıqdır.

Bundan başqa o, qeyd edir ki, qızların sayının bu cür azalması cəmiyyət olaraq bir çox faciələrə yol aça bilər. 

“Abortlar birbaşa qadın hüquqlarının tapdalanmasıdır. Bizdə ümumiyyətlə, döl haqqında məlumat verməyə icazə yoxdur. Bu barədə səhiyyə nazirliyi çox ciddi şəkildə mübarizə aparır. Bundan başqa aborta məcbur edilən qadınlar qaynar xəttlərə müraciət etsə, lazımi tədbirlər görülər. Ona görə qadınlar bu cür zorakılıqla qarşılaşdıqları anda, susmamalıdırlar. Övladlar eyni qaydada sevilməlidir”.

Həkim ginekoloq Rəşad Sultan Bizim.Media-ya açıqlamasında çox vaxt ailələr birinci övladlarının oğlan olmasını istədiyini deyib.

“Bu məclislərdə, nəsildə qurur qaynağı hesab edilir. Yəni zəmanəmizdə çox təəssüflər olsun ki, bu təfəkkürə malik olan insanlar var.  Bundan başqa burada nəsil davam etdirmək anlayışı da var. Bir çoxları düşünür ki, insan genləri nəsildən nəsilə oğlanlar vasitəsilə ötürülür.Bu əsla belə deyil, genlər həm qız, həm oğlanla eyni qaydada bölünür. Mən düşünürəm ki, həyatı dərk edən, ciddi məşğuliyyətləri olan insanlar bu cür əhəmiyyətsiz məsələlərə vaxt itirməzlə”.

Sonda həkim bildirib ki, qadağan olunduqdan sonra edilən abort birbaşa cinayətdir.

“Uşağın cinsiyyəti 12 həftədən sonra bilinir, selektiv abort isə bu müddətdən sonra qadağandır. Bu həm də qadın sağlamlığı üçündə çox ziyanlıdır. Abortlara hansı tərəfdən baxmağımızdan asılı olmayaraq, bu yolveriməzdir”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO