Ev şəraitində dişləri ağartmağın 8 ASAN ÜSULU 

Ev şəraitində dişləri ağartmağın 8 ASAN ÜSULU 

Hazırda oxunan: Ev şəraitində dişləri ağartmağın 8 ASAN ÜSULU 

28026

Dişlərin saralması insanların ən çox əziyyət çəkdiyi problemlərdən biridir.

Bizim.Media bunun qarşısını almağın, yaxud saralmış dişləri ev şəraitində ağappaq etməyin 8 yolunu araşdırıb.

Soda

Hər bir evdə olan soda təbii ağardıcıdır. Bir çay qaşığının  ¼-ni soda və duzla qarışdırıb dişlərinizi təmizləyin. Proseduru həftədə bir neçə dəfə təkrarlayın. Bu qədər az soda emala (mina qatına) ziyan vurmaz.

Duz

Yuxarıda qeyd etdiyimiz kimi duzu soda ilə birgə də istifadə etmək olar. Bundan əlavə duzla ağızı yaxalamaqla da dişi ağartmaq olur. Bunun üçün çay qaşığının ½ hissəsinə duz doldurub soyuq su olan stəkanda qarışdırın. Bakteriyaya qarşı olan bu üsul həm də damağa faydalıdır.

Çiyələk və alma

Yaşıl alma və çiyələk xeyirli meyvə olmaqdan əlavə ev şərtaitində dişləri ağartmağın ən asan yollarından biridir. Ziyansız olan bu meyvələr dişləri parlaq eduir.

Parlaq pomada

Qırmızı, yaxud çaxır rəngli pomada qadınların təbəssümünü qar kimi bəyaz etməyə kömək edir. 

Bərk pendir

Pendir dişi ağartmağı ən yaxşı üsullarından biridir. Möhkəm pendirlərin strukturu dişdə qat bağlamış bakteriya, daşları götürməyə də kömək edir. Həmçinin pendir kalsium mənbəyidir.

Qırmızı çaxır və kofedəmn minimum istifadə

Əgər həyhatınızı səhərlər kofe, axşamlar isə çaxırsız təsəvvür etmirsinizsə, o zaman hər içdikdən sonra dişlərinizi yumağı unutmayın. 

Kokos yağı

Britaniyalı stomatoloqlar tövsiyə edir ki, kokos yağı ilə suyun qarışığı ilə ağız yaxalamaq dişləri ağartmağa yardım edir. Bu həm bakeriyalarla mübarizədə yaxşıdır, həm də mina qatını rənglənmədən qoruyur.

Siqareti tərgit

Pis vərdişlərdən qurtulmaq, bu halda isə siqareti tərgitmək önəmlidir. Çünki nə qədər çox tütün məmulatlarından istifadə edirsənsə, dişlərin də bir o qədər saralacaq. O zaman isə peşəkar təmizləmələrdən başqa heç nə yardımçın olmayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO