Taliban Moskvada mətbuat konfransı verir - TƏCİLİ VİDEO

Taliban Moskvada mətbuat konfransı verir - TƏCİLİ VİDEO

Hazırda oxunan: Taliban Moskvada mətbuat konfransı verir - TƏCİLİ VİDEO

27984

Taliblər Moskva “Radisson”unda jurnalistlərə açıqlama veriblər.

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, taliblər narkotik qaçaqmalçılığı ilə mübarizə aparacaqlarını bəyan ediblər.

Bundan başqa, taliblər nəzarət etdiləri ərzidən təhülkəsiz yükdaşımalarını təmin edəcəklərinə də zəmanət veriblər. Taliblər bildiriblər ki, amerikalıların gedişindən sonra əfqanlar onlara 10 min ədəd silah təhvil edib.

“Kabil və ətrafındakı bir neçə ərazilərdən savayı hər yan Talibanın nəzarətindədir” deyən Taliban nümayəndə heyəti əlavə edib ki, ABŞ-a paytaxt və əfqan əyalətlərini tutmamaq barədə söz verməmişik.

Mətbuat konfransında taliblər qeyd ediblər ki, hələki əmirlik tərəfdarıdırlar, amma gələcəkdə dövlət quruculuğunun formasını müzakirə etməyə hazırdırlar:

“Əfqanıstanın 400 vilayətindən 174-ü nəzarətimizdədir. İŞİD ilə mübarizə aparırıq və onlar ölkənin şimal hissəsindən sıxışdırıb çıxarmağa çalışırıq. Əfqan hökuməti ilə də atəşkəsi müzakirə etməyə hazırıq”.

Xatırladaq ki, Taliban Rusiya tərəfindən terrorist qruplaşma kimi tanınıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO