Anar Kərimov Gürcüstanın Baş naziri ilə görüşdü

Anar Kərimov Gürcüstanın Baş naziri ilə görüşdü

Hazırda oxunan: Anar Kərimov Gürcüstanın Baş naziri ilə görüşdü

27916

Gürcüstan səfəri çərçivəsində mədəniyyət naziri Anar Kərimov Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Bizim.Media xəbər verir ki, Baş nazir Azərbaycanın mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini salamlamaqdan məmnunluğunu bildirib.

Qeyd edib ki, Gürcüstan ilə Azərbaycan bölgədə çox səmərəli əməkdaşlıq edirlər. Bu əməkdaşlığın inkişaf etdirilməsi Gürcüstan üçün böyük əhəmiyyət daşıyır.

Anar Kərimov da öz növbəsində Azərbaycan və Gürcüstan arasındakı mədəni və humanitar sahələr üzrə əməkdaşlıq məsələlərinin diqqət mərkəzində olduğunu bildirib.

Görüşdə bir sıra önəmli məsələlər də müzakirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO