İsraildən gəlmiş qonaqlar məcburi köçkünlərlə görüşdü - FOTO

İsraildən gəlmiş qonaqlar məcburi köçkünlərlə görüşdü - FOTO

Hazırda oxunan: İsraildən gəlmiş qonaqlar məcburi köçkünlərlə görüşdü - FOTO

27882

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev İsraildə fəaliyyət göstərən İqtisadi Sülh Mərkəzinin prezidenti Ayub Kara və mərkəzin informasiya-xəbər saytının redaktoru, siyasi təhlilçi Reyçel Avrahamla görüşüb.

Dövlət Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə qayıdışı ilə bağlı aparılan hazırlıq işləri barədə qonağa ətraflı məlumat verilib.

Bildirilib ki, qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli Azərbaycan dövlətinin sosial siyasətinin prioritetlərindən olub..

İqtisadi Sülh Mərkəzinin prezidenti Ayub Kara səmimi söhbətə görə təşəkkür edib, ölkəmizə səfərinin təəssüratlarını bölüşüb. İsrailli qonaqlar paytaxtın Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksində məcburi köçkünlərlə də görüşüb, onlar üçün yaradılan yaşayış və iş şəraiti ilə, “Xarıbülbül” istehsalat mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO