STAJ olmayacaq! Uşaq bağçalarında çalışanların çoxu təhsilsizdir - NONSES - FOTO

STAJ olmayacaq! Uşaq bağçalarında çalışanların çoxu təhsilsizdir - NONSES - FOTO

Hazırda oxunan: STAJ olmayacaq! Uşaq bağçalarında çalışanların çoxu təhsilsizdir - NONSES - FOTO

27866

Məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlərə pedaqoji iş təcrübəsi yazılmır. Bununla bağlı uşaq bağçasında çalışan bir qrup müəllim sosial şəbəkələrdə şikayətlənib. Tələbləri uşaq bağçalarının Təhsil Nazirliyinin balansına verilməsi və onlara pedaqoji stajın yazılmasıdır. 

Məlumat üçün bildirək ki, hazırda ölkədə 1670 uşaq bağçası və körpələr evi var. Onların 720-si kənddə, 940-dan çoxu şəhərlərdə yerləşir.

Bundan əlavə lisenziya almış özəl bağçalar da var ki, onların sayı 96 olmaqla, biri kənddədir. Təlim-tərbiyədə mühüm rola malik olan uşaq bağçaları dünya təcrübəsində təhsilin birinci pilləsi hesab olunur. 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Kamran Əsədov hazırda mövcud qanunvericiliyə görə belə bir stajın nəzərdə tutulmadığını qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Uşaq bağçalarında və xəstəxanalarda LEŞ YEDİZDİRİRLƏR – Bu monopoliya KİMİNDİR?


Ekspertin fikrincə, Azərbaycanda uşaq bağçaları və körpələr evi icra hakimiyyətlərinin balansından çıxarılıb Təhsil Nazirliyinin nəzdinə keçərsə, bu sahədə çalışma təcrübəsi onlara pedaqoji staj verilə bilər:

“Təssüflər olsun ki, bu gün uşaq bağçaları və körpələr evində çalışanların böyük əksəriyyəti bu sahə üzrə ixtisaslı kadrlar deyillər. Şagirdlərə yaş həddinə malik zəruri bilikləri verə bilmirlər. Ona görə də bu gün bağçalarda və ya körpələr evində çalışanların əməyi pedaqoji staj hesab edilmir. Xüsusilə 1670 uşaq bağçasında çalışanların 30 faizi hər hansı bir orta ixtisas və ya ali təhsilə malik deyillər. Yəni onlar ümumi orta məktəb bazasına sahibdirlər”.

Ekspertin sözlərinə görə dövlət uşaq bağçalarında ali təhsillilər çalışmır:

“Baxmayaraq ki, 2016-cı ildə qəbul edilmiş Məktəbəqədər Təhsil haqqında qanuna görə uşaq bağçalarında və körpələr evində bu sahə üzrə ali təhsillilər çalışmaldır. Azərbaycanda yetərli kadr olmadığı üçün hələ də qeyri-ixtisaslı və qeyri-profilli şəxslər işləyir. Onu da deyim ki, dünya təcrübəsində uşaq bağçalarında çalışanlarla bağlı pedaqoji staj var. Məsələn Cənubi Koreyada, Finlandiyada və digər ölkələrdə məktəbəqədər təhsilin bir pilləsi hesab edildiyində pedaqoji staj hesablanır”. 

Alçina Amilqızı, Bizim.Media 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO