Qəza zamanı yaralanan sürücü avtomobildən belə çıxarıldı - ANBAAN VİDEO

Qəza zamanı yaralanan sürücü avtomobildən belə çıxarıldı - ANBAAN VİDEO

Hazırda oxunan: Qəza zamanı yaralanan sürücü avtomobildən belə çıxarıldı - ANBAAN VİDEO

27853

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 80 yanğına çıxış, 1 nəqliyyat qəzası və 15 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Bizim.Media FHN-in saytına istinadən xəbər verir ki, ötən sutka ərzində 13 nəfər, o cümlədən çimərlik və qeyri-çimərlik sahələrində çimərkən batma təhlükəsi ilə üzləşən 11 nəfər xilas edilib, 3 nəfərin meyiti isə ayrı-ayrı ünvanlarda bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib, yanğınlar zamanı 2 nəfər xəsarət alıb.

Həmçinin, Xəzər rayonunda dənizdə qeyri-çimərlik ərazidə batan 1978-ci il təvəllüdlü Namazəliyev Məhərrəm Famil oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO